Xəstəlik tarixçəsi.
38 yaşlı gənc avtomobil qəzasına düşdükdən sonra ambulansla təcili tibbi yardım xəstəxanasına çatdırılır. Burada ilkin müayinə xəstənin çənəsinin bir neçə yerdən sınmasını və hər iki baldır sümüyünün açıq sınığını göstərir. Baldır sümüklərinin stabilləşdirilməsi və immobilizasiyasından sonra xəstənin uzun müddətli (çənə sümüyünün sınığı səbəbindən) qidalandırılması üçün nazoqastrik zond qoyulur.
Xəstənin davamlı monitorinqi üçün o təcili reanimasiyaya qaldırılır. Burada nazoqastrik zondun yerləşməsini təsdiq etmək üçün döş qəfəsinin rentgen filmi əldə edilir. Reanimasiyada olarkən xəstəyə həm də 2 vahid eritrositar kütlə köçürülür.
Verilmiş rentgen filmində olan patologiyanı və onun müalicəsinin nədən ibarət olduğunu qeyd edin?
İZAHLI CAVAB.
Cavab. Travma səbəbindən baş vermiş diafraqmanın yırtığı.
Burada mühüm məqamlar - Travma və Nazoqastrik zondun lokalizasiyasıdır.
Diqqət yetirin ki, zond mədənin daxilindədir - bunu qazla dolu mədənin fundusu təsdiq etmiş olur. Eyni zamanda diqqət yetirin - sağ ağciyər sağa doğru kompressiya olunub traxeya ilə birgə. Yəni mediastinal yerdəyişmə mövcuddur. BUna səbəb isə ya mediastinumda, ya da döş boşluğunun sol tərəfində təzyiqin artmasıdır. Bu konkret halda isə mədənin diafraqmal yırtıq vasitəsilə döş boşluğuna keçməsi, torakal orqanların - ürək, traxeya, ezofaqus, ağciyər və s. - sağa doğru meyilliyinə və ya yerdəyişməsinə səbəb olub.
Bu məqamları birləşdirdikdə isə nəticə - Travma nəticəsində diafraqmanın cırılması səbəbindən, qarın boşluğu orqanlarının (mədənin) torakal boşluğa yırtılması (yırtıq) və sol torakal boşluqda təzyiqin artması səbəbindən mediastinal orqanların sağa meyilliyi və ya yerdəyişməsi.