Streslə əlaqəli mədənin selikli gişasının zədələnməsi

Streslə əlaqəli mədənin selikli gişasının zədələnməsi İntensiv Terapiya Şöbəsi və ya Reanimasiya şöbəsində müalicə alan xəstələrdə çox tez-tez rast gəlinir. Streslə əlaqəli mədənin selikli gişasının zədələnməsi və ya xoranın yaranması travma, yanıqlar (Körlinq xorası), sepsis, tənəffüs çatışmazlığı, şok və mərkəzi sinir sistemi xəstəliyi (Kuşinq xorası) ilə əlaqəlidir. Demək olar ki, bu cür zədələnmə mədənin cismi və fundusunda və nadir hallarda distal mədədə müşahidə edilir.

 

Müalicə.

Streslə əlaqəli mədənin xoralanması endoskopiya vasitəsilə diaqnostika olunur. Müalicənin əsasını aşağıdakılar təşkil edir:

  • maye infuziyası,
  • koaqulopatiyanın korreksiyası (əgər müəyyən edilibsə),
  • nazoqastrik zondun salınması ilə mədənin fizioloji məhlulla lavajı və dekompressiyası aparılır və
  • H2 reseptorlarının blokatorı ilə terapiya başlanılır.

Stres xolaralar və ya streslə əlaqəli mədənin zədələnməsi səbəbindən qanaxmanın dayandırılması üçün cərrahi müdaxilə nadir hallarda tələb olunur. Yüksək risk qrupuna aid xəstələrdə stres xoraların profilaktikası üçün onlarda profilaktik olaraq H2-reseptor blokatorları ilə müalicənin başlanması tövsiyə edilir.

 

Patogenez.

Stres xoraların yaranması mədənin selikli gişasının perfuziyasının pisləşməsi ilə əlaqəlidir. Selikli gişanın işemiyası nəticəsində mədənin normal qoruyucu mexanizmlərinin pozulması baş verir. Bu səbəbdən isə mədənin selikli gişasının zədələnməsi baş verir.



Ədəbiyyat.

  1. Holzman NL, Schirmer CM, Nasraway SA JR: Gastrointestinal hemorrhage, in Fink MP, Abraham E, Vincent JL, Kochanek PM (eds): Textbook of Critical Care, ed 5. Philadelphia, Saunders Elsevier, 2005, pp 973-982
  2. Mercer DW, Robinson EK: Stomach, in Townsend CM Jr, Beauchamp RD, Evers BM, Mattox KL (eds): Sabiston Textbook of Surgery: The Biological Basis of Modern Surgical Practice, ed 18. Philadelphia, Saunders Elsevier, 2008, pp 1223-1277
  3. Spirt MJ: Stress-related mucosal disease: risk factors and prophylactic therapy. Clin Ther 2004; 26:197-213
  4. Dempsey DT: Stomach, in Brunicardi FC, Anderson DK, Billiar TR, Dunn DL, et al (eds): Schwartz's Principles of Surgery, ed 9. New York, McGraw-Hill, 2010, pp 889-948