Loperamid (bağırsaq motorikasını ləngidən dərman vasitələri)

LOPERAMID (imodium)

ÜST-ün əsas dərman vasitələrinin (ƏDV) siyahısına daxil deyil

Təsir mexanizmi və istifadəsinə göstərişlər:

  • Diareya əleyhinə təsirə malikdir. Bağırsaq divarının həlqəvi və eninəzolaqlı əzələlərinin opiat reseptorlarını qıcıqlandıraraq asetil-xolin ifrazını inhibə edir. Peristaltikanı ləngidir, bağırsaq möhtəviyyatının bağırsaqlardan keçmə müddətini uzadır. Anal sfinkter tonusunu artırır, nəcis kütləsini bağırsaqlarda ləngidərək, defekasiya aktını azaldır.

İstifadəsinə göstərişlər:

 Kəskin və xroniki diareya (simptomatik müalicə);

 İleostoma (stulun tezliyini və həcmini azaltmaq və onun konsistensiyasını bərkitmək məqsədi ilə)

Doza rejimləri:

Kəskin diareyada:

  • Böyüklərə: 4 mq, sonradan 2 mq-dan daxilə;
  • Uşaqlara: 6 yaşdan yuxarı, 2 mq, sonradan hər duru nəcisdən sonra 2 mq daxilə təyin edilir.

Xroniki diareya zamanı:

  • Böyüklərə: 4 mq, sonradan stulun gün ərziində miqdarını 1-2 dəfəyə endirən dozada (2-12 mq) daxilə, maksimal gündəlik doza 16 mq təşkil etməklə;
  • Uşaqlara: 2 mq, sonradan doza fərdi olaraq seçilir, lakin maksimal dozanı (20 kq bədən çəkisinə 6 mq) keçməmək şərti ilə təyin olunur.

Əlavə təsirləri:

 Yuxululuq;

 Başgicəllənmə;

 Yorğunluq, zəiflik;

 Ağızda quruluq, ürəkbulanma, qusma, qarında ağrı, qəbizlik və ya qarında köp.

Əks-göstərişlər:

 Hiperhəssaslıq;

 Dizenteriya;

 Xoralı kolitin kəskinləşmə mərhələsi;

 Kəskin psevdomembranoz kolit;

 Hamiləlik və laktasiya;

 6 yaşa qədər uşaqlar.

Xüsusi göstərişlər:

  • Diareyanın müalicəsi zamanı itirilən maye və elektorlitlərin miqdarı mütləq bərpa edilməlidir. Əgər loperamid fonunda kəskin diareya zamanı 48 saat ərzində kliniki yaxşılaşma müşahidə edilirsə, qəbizlik, qarında köp, hissəvi bağırsaq keçməməzliyi inkişaf edirsə dərmanı kəsmək lazımdır. Qaraciyər disfunksiyası olanlarda daim MSS-nin toksik zədələnməsi əlamətləri nəzarətdə saxlanılmalıdır.
  • Yorğunluq, zəiflik, yuxululuq və ya başgicəllənmə yarandıqda avtomobil idarə etmək və ya texnika ilə işləmək məsləhət görülmür.

Ticarət adları (istehsalçı firma adları), tərkibi və buraxılış forması:

  • İMODİUM
  • Loperamide hydrochloride 2mg, kapsullar