METOKLOPRAMİD (METOCLOPRAMIDE)
ÜST-ün əsas dərman vasitələrinin (ƏDV) siyahısına daxildir
Təsir mexanizmi və istifadəsinə göstərişlər:
- Preparat qusma əleyhinə təsirə malikdir, eləcə də mədə-bağırsaq traktının yuxarı şöbələrinin hərəkətini stimulə edir. Metoklopramid cərrahi əməliyyatlardan və kimyəvi terapiyadan, eləcə də şüa müalicəsindən sonra meydana çıxan ürəkbulanma və qusma zamanı effektivdir. Kimyəvi müalicədən sonra meydana çıxan ürəkbulanma və qusmanın müalicəsində metoklopramidi kortikosteroidlərlə (deksametazon kimi) kombinə etdikdə qusma əleyhinə təsir güclənə bilər. Metoklopramid qastroezofageal reflüks və rastroparez zamanı, həmçinin aspirasion sindromun profilaktikası üçün əməliyyatönü dövrdə istifadə edilə bilər. Həmçinin, metoklopramiddən rentgenoloji müayinədə nazik bağırsaqların intubasiyasını yüngülləşdirmək üçün istifadə edilir. Dəniz xəstəliyinin müalicə və profilaktikasında metoklopramid qeyri-effektivdir.
- Metoklopramid üz və skelet əzələlərinin spazmı və göz almasını hərəkət etdirən əzələlərin spastik krizi ilə müşayiət olunan kəskin distonik reaksiyalara səbəb ola bilər. Bu reaksiyalara ən çox cavan (xüsusilə qızlarda və cavan qadınlarda) və ahıl yaşlı xəstələrdə rast gəlinir. Bu reaksiyalar müalicədən sonra tez bir zamanda meydana çıxır və metoklopramidin istifadəsi dayandırıldıqdan 24 saat sonra itir.
İstifadəsinə göstərişlər:
- Mədə-bağırsaq xəstəlikləri zamanı ürəkbulanma və qusma;
- Qastroezofageal reflüks;
- Qastroparez;
- Sitostatiklərlə müalicə və ya şüa müalicəsi;
- Premedikasiya və əməliyyatdan sonra;
- Mədə-bağırsaq traktının intubasiyası zamanı;
- Miqren zamanı ürəkbulanma və qusma.
Doza rejimləri:
Kəskin infeksion qastroenterit və enterokolitlər:
- Təyin edilmir!!!
- Uşaqlara yalnız sitostatiklərlə müalicə və ya şüa müalicəsindən sonra yaranmış ürəkbulanma və qusma zamanı təyin edilir.
Ürəkbulanma, qusma, qastroezofageal reflüks, qastroparez:
Daxilə, əzələdaxili və ya yavaş sürətlə venadaxili inyeksiya şəklində təyin edilir.
- Böyüklərə: 10 mq dozada gün ərzində 3 dəfə;
- 15-19 yaşında xəstələrə: (bədən çəkisi 60 kq-dan az olan) 5 mq dozada gün ərzində 3 dəfə;
- Uşaqlara: 1 yaşa qədər (10 kq-a qədər) – 1 mq dozada gün ərzində 2 dəfə;
- 1-3 yaşlarda (10-14 kq) – 1 mq dozada gün ərzində 2-3 dəfə;
- 3-5 yaşlarda (15-19 kq) – 2 mq dozada gün ərzində 2-3 dəfə;
- 5-9 yaşlarda (20-29 kq) – 2,5 mq dozada gün ərzində 3 dəfə;
- 9-14 yaşlarda (30 kq və daha artıq) – 5 mq dozada gün ərzində 3 dəfə
- (uşaqlar və gənclərdə adətən gündəlik maksimal doza 500 mkq/kq-a qədərdir) təyin edilir.
Premedikasiya:
- Yavaş sürətlə venadaxilinə yeridilir:
- Böyüklərə: 10 mq birdəfəlik dozada təyin edilir.
Mədə-bağısraq traktının intubasiyasını yüngülləşdirmək məqsədilə:
Per oral və ya əzələdaxili, və ya yavaş sürətlə venadaxili inyeksiya şəklində təyin edilir.
- Böyüklərə: 20 mq birdəfəlik dozada müayinədən 10-15 dəqiqə əvvəl;
- 15-19 yaşında xəstələrə: (bədən çəkisi 60 kq-dan az olan) 10 mq dozada;
- Uşaqlara: 1-3 yaşlarda (10-14 kq) 1 mq,
- 3-5 yaşlarda (15-19 kq) 2 mq,
- 5-9 yaşlarda (20-29 kq) 2,5 mq,
- 9-14 kq (30 kq və daha artıq) 5 mq dozada təyin edilir.
Əlavə təsirləri:
- Ekstrapiramidal simptomlar (xüsusilə uşaqlarda və gənclərdə);
- Uzunmüddətli müalicə zamanı – gecikmiş diskineziyalar;
- Hiperprolaktinemiya, yuxululuq, səbirsizlik, başgicəllənmə, baş ağrıları, ishal, depressiya, hipotenziya və hipertenziya kimi hallar qeydə alınmışdır;
- Nadir hallarda – bədxassəli neyroleptik sindrom;
- Venadaxili yeridilmədən sonra miokardın keçiriciliyinin pozulması.
Əks-göstərişlər:
- Mədə-bağırsaq traktının keçiriciliyinin pozulması;
- Qanaxmalar və ya perforasiya;
- Qıcolmalar;
- Feoxromositoma;
- Laktasiya.
Xüsusi göstərişlər:
- Uşaqlarda (bəzi ölkələrdə 20 yaşdan kiçik xəstələrə) istifadəsi ağır dərəcəli, naməlum etiologiyalı qarşısı alınmayan qusma, şüa və kimyəvi terapiya zamanı qusma, mədə-bağırsaq traktının intubasiyası və premedikasiya ilə məhdudlaşır.
- Ahıl yaşlı, qaraciyər və böyrək çatışmazlığı olan xəstələrə ehtiyatla təyin edilməlidir; digər xəstəlikləri, məsələn, beyin strukturlarının oyanıqlığını maskalaya bilər. Mədə-bağırsaq traktı üzərində aparılmış əməliyyatlardan sonra 3-4 gün müddətində istifadəsindən çəkinmək lazımdır. Hamiləlik və laktasiya, Parkinson xəstəliyi, depressiya və porfiriya zamanı məsləhət görülmür.
QEYD:
- Treatment with metoclopramide can cause tardive dyskinesia, a serious movement disorder that is often irreversible. The risk of developing tardive dyskinesia increases with duration of treatment and total cumulative dose.
- Metoclopramide therapy should be discontinued in patients who develop signs or symptoms of tardive dyskinesia. There is no known treatment for tardive dyskinesia. In some patients, symptoms may lessen or resolve after metoclopramide treatment is stopped.
- Treatment with metoclopramide for longer than 12 weeks should be avoided in all but rare cases where therapeutic benefit is thought to outweigh the risk of developing tardive dyskinesia.