RANITIDIN (RANİTİDİNE)
ÜST-ün əsas dərman vasitələrinin (ƏDV) siyahısına daxildir
Təsir mexanizmi və istifadəsində göstərişlər:
- Ranitidin H2 histamin reseptorlarının II nəsil selektiv antaqonisti olan xora əleyhinə preparatdır. Mədənin selikli qişasının parietal hüceyrələrinin H2 reseptorları ilə birləşərək antisekretor təsir göstərir, bazal və qida, insulin, histamin, qastrin, asetilxolinlə stimulə olunmuş mədə sekresiyasını ləngitməklə yanaşı duz turşusu və pepsinin sekresiyasını azaldır. Mədə şirəsinin gecə sekresiyasını əhəmiyyətli dərəcədə (90%) azaldır. Plazmada qastrinin səviyyəsinə, mədəaltı vəzin aktivliyinə və selik ifrazına praktik olaraq təsir göstərmir. Ağrını, qıcqırmanı və xəstəliyin digər əlamətlərini aradan qaldırır, mədə və onikibarmaq bağrısağın selikli qişasında olan eroziya və yaraların sağalmasını sürətləndirir.
- Ranitidinin antisekretor təsir mexanizminin əsasında histamin-metiltransferazanın aktivliyinin artması ilə bağlı histamini inaktivləşdirmək qabiliyyəti əhəmiyyətli rol oynayır. Həmçinin, mədə və onikibarmaq bağırsağın selikli qişasında sitoprotektor təsiri həyata keçirən PQ E2-nin sintezini artırır.
İstifadəsinə göstərişlər:
- Qastroezofageal reflüks;
- Mədə və onikibarmaq bağrısağın xoşxassəli xoralı zədələnmələri;
- Zollinger-Ellison sindromu;
- Təcili əməliyyatlar və doğuş zamanı aspirasion pnevmoniyanın (Mendelson sindromu) profilaktikası məqsədilə premedikasiya;
- Həzm traktının yuxarı şöbələrindən qanaxma;
- Mədəaltı vəzin ekskretor funksiyasının çatışmazlığı zamanı qəbul edilən ferment dərman vasitələrinin parçalanma riskini azaltmaq üçün;
- Əməliyyatdan sonrakı anastomoz xoraları;
- «qısa nazik bağırsaq» sindromu (anastomoz);
- Hiperhistaminemiya ilə müşayiət olunan sistem mastositoz, bazofil leykemiya zamanı hipersekretor vəziyyətlər.
Doza rejimləri:
- Mədə və onikibarmaq bağırsağın xoĢxassəli xoraları:
- Böyüklərə: gün ərzində 2 dəfə 150-300 mq (səhər yeməyi ilə və yatmazdan əvvəl)
- və ya gün ərzində 1 dəfə olmaqla 300 mq (səhər və ya axşam),
- və ya 400 mq yatmazdan əvvəl təyin edilir.
Müalicə mədə xorası zamanı 4 həftədən az olmayaraq, onikibarmaq bağırsaq xorasında 6 həftədən az olmayaraq və qeyri-steroid iltihab əleyhinə dərman vasitələrilə induksiya olunmuş xoralar zamanı 8 həftə müddətində aparılır. Zərurət olduqda, doza gün ərzində 150 mq-dan 4 dəfə olmaqla və ya nadir hallarda (stress xoraları zamanı) bir neçə qəbula bölünmüş 800 mq maksimal dozaya qədər artırıla bilər.
- 14 yaşına qədər uşaqlara təyin edilmir.
Qastroezofageal reflüks:
- Böyüklərə: gün ərzində 150 mq-dan 2 dəfə olmaqla, 4-8 həftə müddətində
Zollinger-Ellison sindromu:
- Böyüklərə: gün ərzində 150 mq-dan 2 dəfə olmaqla 4-8 həftə müddətində
Mamalıq təcrübəsində turĢ mədə möhtəviyyatının aspirasiyasının profilaktikası:
- Doğuşun əvvəlində 150 mq təyin edilir
Cərrahi müdaxilələr zamanı turĢ mədə möhtəviyyatının aspirasiyasının profilaktikası:
- Böyüklərə: 150 mq daxilə və ya ümumi narkoza girişdən əvvəl 50 mq inyeksiya şəklində təyin edilir.
Qısa bağırsaq sindromu:
- Böyüklərə: təsirdən asılı olaraq, 400 mq olmaqla, gün ərzində 2 dəfə (səhər və axşam) təyin edilir.
Ferment dərman vasitələrinin (mədəaltı vəzi fermentləri) parçalanmasını azaltmaq məqsədilə:
- Böyüklərə: təsirdən asılı olaraq, 150 mq günlıq doza gun ərzində 2 dəfə qida qəbulundan 1-1,5 saat əvvəl təyin edilir
Əlavə təsirləri:
- Başgicəllənmə, baş ağrısı, ürəkbulanma, qəbizlik və ya ishal;
- Daha az hallarda dezoriyentasiya, yuxululuq, yorğunluq, qeryi-iradi hərəkətlər,
- aritmiya, atrioventrikulyar blokada, hipotoniya,
- görmə pozğunluğu, həyəcan hissi qeyd edilir.
- Dəridə səpgilər, angionevrotik ödem, anafilaksiya, alopesiya;
- Böyrək və qaraciyər funksiyasının pozulması, pankreatit.
- Yüksək dozada uzunmüddətli qəbul zamanı ginekomastiya, amenoreya, impotensiya, libidonun zəifləməsi,
- leykopeniya, qranulositopeniya, trombositopeniya, anemiya,
- depressiya, hallüsinasiyaların olması mümkündür.
Əks-göstərişlər:
- Məlum əks-göstərişlər yoxdur
Xüsusi göstərişlər:
- Böyrəklərin və qaraciyərin funksiyasının pozulması, bronxial astma zamanı preparat uzunmüddətli təyin edildikdə (6-8 həftə və daha artıq) periferik qanın vəziyyətinə müntəzəm nəzarət etmək lazımdır.
- Uzunmüddətli müalicədən sonra preparatın qəbulunun kəskin dayandırılması sekretor «sıçrayış» sindromuna səbəb olur ki, bu da xəstəliyin residivi ilə nəticələnə bilər.
- Yuxarıda göstərilən səbəblərə görə, dozanın tədricən azaldılması və preparatın qəbulunun dayandırılması zamanı digər antisekretor dərman vasitələrilə farmakoloji müdafiə prinsipinə riayət olunması vacibdir.
- Ranitidin və antasidlərin kombinə olunmuş şəkildə təyin edilməsi zamanı antasidlər ranitidinin absorbsiyasını poza bilər. Buna görə də, bu dərman vasitələri ən azı 1,5-2 saat intervalla qəbul etmək lazımdır.
- Uşaq yaşlarında preparatın təhlükəsizliyi və effektivliyi müəyyən edilməmişdir.
- Hamiləlik və laktasiya zamanı təyin etmək məsləhət görülmür.