Xəstəlik tarixçəsi.
56 yaşında bir xanımın müayinəsi zamanı məlum olur ki, qanda Kalsiumun səviyyəsi 10.5 mq/dL (norma 7.5-9.5 mq/dL) və paratiroid hormonun səviyyəsi isə 75 pq/ml-dir (norma 20-60 pq/ml). Onun heç bir simptomları yoxdur və ailəsində endokrinoloji xəstəlikləri olan yoxdur. Xəstə heç bir dərman qəbul etmir və demək olar ki, hər gün bir neçə kilometr qaçır. Onun sümüklərinin sıxlığının ölçülməsi (DEXA skanlama) minimal dərəcədə osteoporozun olduğunu göstərir.
Aşağıdakılardan hansı düzgün cavabdır?
A. Xəstə paratiroidektomiyaya yaxşı namizəddir.
B. 24 saatlıq sidikdə kalsiumun səviyyəsinin təyin edilməsi zəruridir.
C. Xəstənin davamlı müşahidəsi tövsiyə edilir.
D. Əlavə Kalsiumun qəbul edilməsi stres-sınıqların qarşısını ala bilər.
E. Bisfosfonatlarla müalicəyə başlamaq lazımdır.
---------------- ---------------- ---------------- ---------------- ---------------- ---------------- ----------------
---------------- ---------------- ---------------- ---------------- ---------------- ---------------- ----------------
İZAHLI CAVAB:
Təsvir edilmiş xəstə postmenopauzadadır və özünü yaxşı hissi edir, habelə gündəlik idmanla məşğul olur, bir neçə kilometr gündə qaçır. Onun laborator analizləri hiperkalsemiya və birincili hiperparatiroidizmin olduğunu göstərir. Ümumiyyətlə, tarixən bu qrup xəstələrin kliniki müşahidəsi aparılırdı. Lakin, son dekadada aparılmış araşdırmalar göstərmişdir ki, birincili hiperparatiroidizmi olan xəstələrin kliniki müşahidəsi sümüklərin mineral sıxlığının deqradasiyasının davam etməsinə səbəb olur. Araşdırmalar göstərmişdir ki, həmin xəstələrdə cərrahi paratiroidektomiyadan sonra sümüklərin mineral sıxlığı yaxşılaşır və sümüklərdən mineralların itkisi dayanmış olur. Bunlar DEXA (ikili enerjili rentgen absorptiometriyası) skanlama ilə öz təsdiqini tapmışdır.
Beləliklə, yuxarıda təsvir edilmiş xəstədə cərrahi müdaxilə - paratiroidektomiyanın - aparılması tövsiyə olunmalıdır. Paratiroidektomiyadan sonra isə həmin xanım öz normal gündəlik həyatına qayıda və sümüklərin sürətlənmiş deqradasyasından artıq qorxmaya bilər.
24 saat ərzində ifraz olunmuş sidiyin toplanaraq kalsiumun təyin edilməsinə gərək yoxdur.
Bisfosfonatlarla terapiya qanda kalsiumun səviyyəsini müvəqqəti olaraq korreksiya edə bilər, lakin bu xanıma həmin preparatların təyini münasib hesab edilmir.
Hiperkalsemiyası olan bu xanıma əlavə kalsiumun verilməsinə ehtiyac yoxdur.
---------------- ---------------- ---------------- ---------------- ---------------- ---------------- ----------------
---------------- ---------------- ---------------- ---------------- ---------------- ---------------- ----------------
BİBLİOQRAFİYA.
1. Bilezikian JP, Potts JT Jr, Fuleihan Gel-H, Kleerekoper M, et al: Summary statement from a workshop on asymptomatic primary hyperparathyroidism: a perspective for the 21st century. J Clin Endocrinol Metab 2002; 87:5353-5361
2. Walgenbach S, Hommel G, Junginger T: Outcome after surgery for primary hyperparathyroidism: ten-year prospective follow-up study. World J Surg 2000; 24:564-570