Hamiləlik və hipotireoz

Xəstəlik tarixçəsi.

27 yaşlı xanım normal keçən hamiləliyin 4-cü həftəsində növbəti həkim müayinəsinə gəlib. Onun anamnezində 3 ildir ki, Haşimoto tirioditi səbəbindən birincili hipotireoz vardır və onun müalicəsi gündə 125 mkq dozada levotiroksin preparatı ilə aparılır. Xəstə həm də prenatal vitaminlər və dəmir preparatı da qəbul edir. 

Fiziki müayinədə T=37.1C, AQT=128/80 mm c.s., nəbz=dəqiqədə 95 vurğu və tənəffüs tezliyi=18 olduğu müəyyən edilir. Dərisinin rəngi normal, ağciyər və ürəyin auskultasiyası normaldır. Tiroid vəzi bir qədər şişkin, lakin düyün müəyyən edilmir. Laborator analizlərdən TSH (tiroid stimullaşdırıcı hormon)=4.2 mikrovahid/ml və sərbəst T4 hormonun səviyyəsi 1.6 nq/dL-dir. 

Bu xəstənin müalicəsində növbəti addım hansl olmalıdır?

A: Levotiroksinin dozasının indi 10% artırmaq

B: Levotiroksinin dozasının indi 30% artırmaq

C: Tiroid funksional testlərini  5 həftə sonra təkrar yoxlamaq

D: Tiroid funksional testlərini ikinci trimestrdə təkrar yoxlamaq

------------------ ------------------ ------------------ ------------------ ------------------ ------------------ ------------------ 

------------------ ------------------ ------------------ ------------------ ------------------ ------------------ ------------------ 

İZAHLI CAVAB. 

Cavab B.Levotiroksinin dozası 30% artırılmalıdır.

Təsvir edilmiş xəstədə levotiroksinin dozası 30% artırılmalı və qalxanabənzər vəzin funksional testləri 2-4 həftədən sonra təkrar yoxlanmalıdır.

Məlumdur ki, hamiləlik zamanı hipotireozu olan və tiroid hormonu əvəzləyici terapiya alan xəstələrdə levotiroksinə olan təlabat artmış olur. Levotiroksinin dozası adətən hamiləliyin Birinci trimestrində  (bəzən də İkinci trimestrdə) hamiləlikdən əvvəlki dövrlə müqayisədə 30-50% artırılmalıdır.

Birinci trimestrdə TSH (tiroid stimullaşdırıcı hormon) səviyyəsinin 0.1-2.5 mikroVahid/ml səviyyəsində saxlamaq tələb olunur. Belə ki, TSH-in 0.1-2.5 mikroVahid/ml səviyyəsində olması ana və döldə daha az ağırlaşmalarla əlaqəlidir. Əksinə isə TSH-in normanın yuxarı həddində yəni 4.5-5.0 mikroVahid/mL olması daha çox ağırlaşmalara səbəb olur.

Hipotireozu olan hamilə qadınlarda tiroid vəzin funksional testləri 4 həftədən bir yoxlanmalıdır. Bu cür yanaşma həm ana və dölün sağlamlığının qorunmasına, həm də hamiləliyin ağırlaşmalarının profilaktikasına yönəlib.

Qanda TSH-in səviyyəsi yüksək olduqda, levotiroksinin dozası artırılmalı və tiroid vəzin funksional testləri (TSH və sərbəst T4) 2-4 həftədən sonra təkrar yoxlanmalıdır.

Dölün tiroid hormonlara olan təlabatı hamiləliyin 12-ci həftəsinədək tam həcmdə yalnız ananın tiroid hormonlarının plasentadan dölə keçməsi ilə təmin edilir. Anada subkliniki və ya kliniki hipotireoz dölün neyro-əqli inkişafının pozulması, vaxtından əvvəl doğuş, aşağı çəki və həyya dölün ölmə riskini artırmış olur.

Yuxarıda təsvir edilmiş xəstədə TSH-in səviyyəsi artıq çox yüksəkdir (TSH 4.2 mikrovahid/mL-dir).

Tövsiyə olunur ki, Birinci trimestrdə TSH-in səviyyəsi 0.1-2.5 mikroVahid/mL səviyyəsində və İkinci Trimestrdə isə 0.2-3.0 mikroVahid/mL səviyyəsində və Üçüncü trimestrdə isə 0.3-3.0 mikroVahid/mL səviyyəsində saxlanılsın.

 

------------------ ------------------ ------------------ ------------------ ------------------ ------------------ ------------------

------------------ ------------------ ------------------ ------------------ ------------------ ------------------ ------------------ 

BİBLİOQRAFİYA.

1. Thyroid. 2009 Mar;19(3): The magnitude of increased levothyroxine requirements in hypothyroid pregnant women depends upon the etiology of the hypothyroidism.

2. J Clin Endocrinol Metab. 2010 Jul; Thyroid hormone early adjustment in pregnancy (the THERAPY) trial.