Qıcolmalar

Xəstəlik tarixçəsi.

50 yaşında xanım təcili tibbi yardım xəstəxanasında keçirdiyi tonik-klonik tutmaya (qıcolmaya) görə müayinə olunur. Onun həyat yoldaşı bildirir ki, xanım mətbəxdə olan zaman onun yıxıldığını eşitdi və mətbəxə gəldikdə xəstənin yerdə uzanmış olduğunu və konvulsiv tutmanın olduğunun şahidi oldu. Qıcolma epizodu təxminən 2 dəqiqə davam etmiş və qəfl özü özünə dayanmışdır. Xəstədə bundan əvvəl oxşar epizodlar olmayıb. Xəstə başından travma və ya meninqit keçirməyib, nəslində epilepsiya xəstəliyi qeydə alınmır. Onun anamnezində hipertoniya xəstəliyi var və o hidroxlortiazid preparatı qəbul edir. 

Fiziki müayinədə xəstə bir qədər yuxulu olsa da, suallara normal cavab verir, onun temperaturu normal, AQT 146/80 mm c.s., nəbzi dəqiqədə 70-dir. Xəstənin üzündə sol tərəfdə əzələ zəifliyi və sol qolunun zəifliyi qeydə alınır və zəiflik 3 saatdan sonra keçib gedir. 

Laborator testlərin nəticələri normadadır. Beyinin MRT-də kəskin dəyişikliklər qeydə alınmır, lakin kiçik damarların işemik xəstəliyinin olduğu müşahidə edilir. 

Aşağıdakılardan hansı bu xəstədə gəlcəkdə təkrar qıcolma epizodunun baş verməsi riskinin yüksək olmasına işarə edir? 

A. Yaşı

B. Hipertoniya xəstəliyi

C. MRT-də kiçik damarlarda işemik dəyişikliklərin olması

D. Todd iflici

E. Böyük qıcolmanın baş verməsi

 

----------------- ----------------- ----------------- ----------------- ----------------- ----------------- 

----------------- ----------------- ----------------- ----------------- ----------------- ----------------- 

İZAHLI CAVAB. 

 

Cavab D. Todd iflici (paraliçi)

Todd iflicinin olması xəstədə gələcəkdə təkrar tutmaların olması riskini xeyli artırmış olur. Ümumiyyətlə, bir dəfə qıcıqlanma olmadan (travma, dərman, insult) baş vermiş qıcolmadan sonra növbəti 2 il ərzində təkrar tutmanın baş verməsi ehtimalı 30-40%-dir. Lakin, bəzi anamnestik məlumatlar, habelə fiziki müayinədən əldə olunan detallar təkrar qıcolma riskinin daha yüksək olduğu xəstələrin müəyyən edilməsinə imkan verir.

Belə ki, aşağıdakı xəstələrdə növbəti 2 il ərzində təkrar qıcolma riski yüksəkdir:

  • status epileptikusda olan xəstələr
  • yaşı 65-dən yuxarı olan xəstələr
  • anamnezdə nevroloji xəstəliyi olan xəstələrdə
  • beyində orqanik zədə və ya törəməsi olan xəstələrdə
  • Todd iflici keçirmiş xəstələrdə.

Kiçik tutmalardan sonra qıcolmaların təkrar baş verməsi ehtimalı da yüksək olur. Buna səbəb isə kiçik tutmaların daha çox beyinin struktur pozuntuları ilə əlaqəli olmasıdır.

Todd iflici isə kiçik qıcolmalardan sonra (ikincili böyük qıcolmaya çevrilən və ya çevrilməyən) baş verən tranzitor bir tərəfli və ya fokal zəiflikdir. Todd iflici və ya nevroloji müayinədə digər fokal nevroloji pozuntuların aşkar edilməsi gələcəkdə qıcolma riskinin yüksək olduğuna işarə edir.

MRT, EEQ və ya digər müvafiq görüntüləmədə epileptogen ocağın olduğu müəyyən edilən xəstələrdə də təkrar qıcolma riski yüksək olur.

Gənc yaşlı xəstələrlə müqayisədə ahıl xəstələrdə baş vermiş ilk tutmadan sonra təkrar qıcolma riski daha yüksək olur.

Beyin-damar xəstəlikləri də, o cümlədən, işemik insult və  beyindaxili qanaxma, ahıl xəstələrdə epilepsiyanın əsas səbəblərindən biridir. Lakin, hipertoniya və beyin-damar xəstəliyinə səbəb olan risk faktorlar özü özlüyündə təkrar qıcolma riskini artırmamış olur.

Kiçik qıcolmanın böyük qıcolmaya (yəni bütöv beyini əhatə etməsi) keçməsi də təkrar qıcolma riskinin artmasına təsir göstərmir.

MRT-də kiçik damarların işemik xəstəliyi də təkrar qıcolma riskinə təsir etmir. Lakin, kəskin və ya xroniki işemik insult və ya beyindaxili qanaxma təkrar qıcolma riskini xeyli artırmış olur.

 

----------------- ----------------- ----------------- ----------------- ----------------- ----------------- 

----------------- ----------------- ----------------- ----------------- ----------------- ----------------- 

BİBLİOQRAFİYA.