Xəstəlik tarixçəsi.
65 yaşlı kişi xəstə təkrar həkim müayinəsi gəlir. 3 həftə əvvəl xəstə sol aşağı ətrafın DVT diaqnozu ilə xəstəxanada müalicə almışdır. İlk öncə Lovenoks (aşağı molekul çəkili heparin) inyeksiyası ilə, daha sonra isə varfarinə başlanmış və evə yazılmışdır. Xəstə başqa heç bir preparat qəbul etmir. Xəstənin anamnezindən gündə 2 paçka olmaqla 30 il siqaret çəkmə tarixçəsi var. Onun fiziki müayinəsi və həyat göstəriciləri (nəbz, AQT, t, TT) normaldır.
6 ay əvvəl əldə olunmuş Sidiyin ümumi analizində protein izi və 1+ qan olduğu müəyyən edilmişdir.
Bu gün isə əldə edilmiş laborator testlərdə: INR: 3.8, Kreatinin 1.4 mq/dL (123.7 µmol/L), Sidiyin ümumi analizində xüsusi çəkisi 1.015; zülal yoxdur, 1+ qan; görmə sahəsində 5-10 dəyişilməmiş eritrositlər görünür; silindirlər yoxdur.
Böyrəklərin US müayinəsində sağ böyrək 10 sm və 3 mm obstruksiyaya səbəb olmayan daş görünür, sol böyrək isə 9 sm.
Xəstəyə siqaret atmaqla bağlı məsləhət verməklə yanaşı daha hansı addımın atılması məqsədə uyğundur?
A. Sistoskopiya
B. Böyrək biopsiyası
C. Varfarinin dayandırılması
D. Böyrəkdə olan daşın metabolik müayinəsi
------------- ------------- ------------- ------------- ------------- ------------- -------------
------------- ------------- ------------- ------------- ------------- ------------- -------------
İZAHLI CAVAB.
Cavab A. Sistoskopiya.
Bu xəstənin müayinəsində ən münasib növbəti addım - sistoskopiyadır. Xəstədə davam edən hematuriya (sidiyin ümumi analizində yüksək görmə sahəsində 3 və daha çox eritrositlərin olması) müşahidə edilir. Davamlı hematuriyası olan xəstələrdə qanaxma sidik-cinsiyyət sisteminin istənilən hissəsində baş verə bilər. Bu xəstələrdə mütləq qlomerulyar və qeyri-qlomerulyar mənşəli hematuriyanın differensiyasının aparılması tələb olunur, çünki onların müalicəsi xeyli fərqlidir.
Xəstənin sidik nümunəsinin mikroskopik müayinəsində eritrositlərin normal görünüşü və eritrosit silindirlərinin olmaması, habelə proteinuriyanın olmaması qeyri-qlomerulyar hematuriyaya işarə edir.
Qeyri-qlomerulyar Hematuriyanın səbəblərindən biri də sidik-cinsiyyət yollarının bədxassli şişləridir. Burada bədxassəli şişlə bağlı risk faktorlara kişi cinsi, yaşı 50-dən yuxarı olması, siqaretdən istifadəi və bəzi preparatlardan (məs, siklofosfamid, benzen) istifadə və ya şüalanma da daxildir. Bu xəstədə bir neçə risk faktor olduğu üçün, onda sidik-cinsiyyət yollarının törəməsinin istisna edilməsi məqsədilə sistoskopiyanın aparılması tövsiyə edilir.
Hematuriya həm də QSİƏP (indometasin, ibuprofen, naproksen) və ya antikoaqulyantlar qəbul edən xəstələrdə müşahidə edilə bilər. Lakin, bu xəstələrdə mütləq qlomerulyar və qeyri-qlıomerulyar səbəblər də istisna edilməlidir. Bu xəstədə İNR supraterapevtik olsa da belə (DVT və ağciyər emboliyasının müalicəsi üçün adətən İNR 2.0-3.0 arası saxlanılır), varfarin terapiyasının dayandırılması tövsiyə olunmur, çünki xəstədə tromboemboliya riski artmış olur. Varfarinin dozasının azaldılması isə tövsiyə olunur.
Xəstədə Kreatinin səviyyəsinin artması qlomerulyar patologiya ilə bağlı ola bilər. Lakin qlomerulyar patologiya həm də sidik analizində eritrosit silindirləri və dizmorfik (dəyişmiş) eritrositlərin olması ilə müşahidə edilir. Həmçinin, sidikdə protein olmadıqda qlomerulyar xəstəliyin olması ehtimalı da xeyli aşağı olur. Buna görə də, böyrəyin biopsiyasına ehtiyac duyulmur.
Böyrəkdə tapılan kiçik ölçülü və obstruksiyaya səbəb olmayan daş hematuriyaya səbəb ola bilər. Aktiv nefrolitiazı olan xəstələrdə böyrək daşının metabolik müayinəsinə göstəriş yarana bilər. Lakin, bu xəstədə sistoskopiyanın aparılması daha vacibdir.
------------- ------------- ------------- ------------- ------------- ------------- -------------
------------- ------------- ------------- ------------- ------------- ------------- -------------
BİBLİOQRAFİYA.
1. www.uptodate.az Kəskin böyrək çatışmazlığı