Xəstəlik tarixçəsi.
43 yaşlı kişi xəstə həkimə gələrək ağzından pis qoxun gəlməsindən şikayətlənir. Buna görə bir neçə dəfə diş həkiminin yanında olduğunu və dişlərlə əlaqəli heç bir problemin olmadığını qeyd edir. Qida qəbulu normaldır və istədiyi yeməyi rahat yeyə bilir. Dediyinə görə pis qoxu ilə yanaşı tez-tez 3-4 gün əvvəl yediyi yeməyin tamı gəlir ağzına. Qusma və ürək bulanması yoxdur. Bəzən sinəsində göynəmələr olur və həyat yoldaşı deyib ki, bu yəgin qastrit və mədə turşusu səbəbindəndir.
Fiziki müayinə və həyati göstəricilər normaldır. Çəki itkisi yoxdur və xəstə ümumiyyətlə sağlamdır və heç bir dərman qəbul etmir. Həkim aşağıdakı filmi əldə edir və bir sıra laborator testləri. Laborator testlərin nəticələri normaldır. Lakin, nəcisdə H.Pilori antigeni müsbət çıxıb. Həkim xəstəyə müvafiq təyinatlar yazıb.
Xəstənin diaqnozu nədir və müalicəsi necə aparılmalıdır?
İZAHLI CAVAB.
Ezofaqus divertikulları, ezofaqus divarının bir və ya bir neçə qatının cib kimi xaricə açılmasıdır. Həmin cibliklər daxildən epitel qatı ilə örtülmüş olur və ezofaqusun 3 müxtəlif seqmentində rast gəlinir.
- Proksimal ezofaqus və ya farinqoezofaqal divertikul (Zenker diverikulu)
- Orta ezofaqusda (parabronxial və ya midezofaqal divertikullar)
- Distal ezofaqusda və ya epifrenik divertikullar
A. Faringoezofaqal divertikul (Zenker divertikulu):
Zenker divertikulu krikofaringeus daha çox 50 yaşdan yuxarı şəxslərdə müşahidə edilir. Kişilərdə daha çox rast gəlinir. BU divertikul pulsion divertikuldur və yalnız selikli gişadan ibarət olur. Onun əmələ gəlməsinin səbəbi yuxarı ezofaqusda hərəkətliliyin (motorikanın) pozulmasıdır. Zenker divertikulundan əziyyət çəkən xəstələrin əsas şikayətləri qida qəbulu zamanı disfagiyadır və ya udma prosesi zamanı qidanın boğazda tıxanması. Bir çox xəstələrdə qidanın udulmasından sonra ağız boşluğuna udulmuş qidanın bir hissəsinin requrqitasiyası baş vermiş olur. Ağızdan pis qoxu da ezofaqal divertikullara xas olan xüsusiyyətdir. Nadir hallarda divertikulun xeyli böyüməsi səbəbindən ezofaqusun önə dartılması baş verir və ezofaqus mənfəzinin obstruksiyası baş verir. Nadir hallarda divertikulun içində yastı hüceyrə karsinoması da rast gəlinə bilər.
Barium kontrastla aparılan rentgenoqrafiya vasitəsilə ezofaqal divertikulun diaqnostikası aparılır. Xəstələrdə həm də ezofaqoskopiyanın aparılması tövsiyə edilir.
Zenker Divertikulunun müalicəsi - cərrahi rezeksiyadır. Geniş tətbiq edilən cərrahi əməliyyatlara endoskopik steplerlə divertikulostomiya, fibrooptik endoskopik müalicə, divertikulektomiya, divertikulopeksiya və krikofarinqeal miotomiya daxildir.
B. Traksion parabronxial divertikullar.
Traksion divertikullar orta ezofaqusda müşahidə edilir və traxeyanın bifurkasiyası səviyyəsində rast gəlinir. Onun əmələ gəlməsinin patogenezi dəqiq məlum olmasa da, düşünülür ki, mediastinal limfa düyünlərinin iltihabı nəticəsində ezofaqusun divarı ilə limfa düyünləri arasında yaranan yapışmalar səbəbindən baş verə bilir. Lakin onların anadangəlmə qüsur olması və ya ezofaqusun motorikasının pozulması səbəbindən əmələ gəlməsini düşünənlərdə var. Traksion divertikullar nadir hallarda simptomatik olur və müalicə tələb etmi.
C. Epifrenik divertikul.
Əsasən orta yaşlı xəstələrdə müşahidə edilir və ezofaqusun distal son 10 sm-lik hissəsində, ezofaqal sfinkterdə yuxarıda rast gəlinir. Onun əmələ gəlmə mexanizmi Zenker divertikuluna bənzər. Diffuz spazm, axalaziya və diafraqmal dəliyin yırtığı epifrenik divertikulun əmələ gəlməsinə şərait yaradır. Xəstələr adətən disfagiya və qidanınağız boşluğuna requrqitasiyasından şikayətlənir. Diaqnostika yenə də barium kontrastla ezofaqoqrafiya vasitəsilə aparılır. Eyni zamanda bu xəstələrdə ezofaqal sfinkterin disfunksiyasının müayinəsi məqsədilə manometriya və ezofaqoskopiya da aparılmalıdır. Müalicəsi isə simptomatik xəstələrdə cərrahi divertikulektomiya və miotomiyadır.