Ağciyərin infeksion patologiyaları

 

Xəstəlik tarixçəsi. 

27 yaşlı gənc həkimə müraciət edərək 3 həftə davam edən öskürək, yüksək hərarət, gecələr titrəmə və tərləmə və halsızlıqdan şikayətlənir. Əvvə xəstə bütün simptomlarını sadə soyuqolma ilə əlaqələndirib və həkimə müraciət etməyib. 

Son həftə isə, xəstənin deməsinə görə, öskürək artıb və xeyli miqdarda bəlğəmlə müşahidə edilir. Dünən isə bəlğəm qanlı olub və qorxduğu üçün təcili həkimə müraciət etməyi qərar alıb. Heç bir səfərdə olmayıb. Həkim müayinədən sonra aşağıda veirlmiş döş qəfəsinin rentgen filmini əldə edir.

Döş qəfəsinin rentgen filmində patologiyanı izah edin və müalicə prinsiplərini qeyd edin.

 

---------------- ---------------- ---------------- ---------------- ---------------- ---------------- 

---------------- ---------------- ---------------- ---------------- ---------------- ---------------- 

İZAHLI CAVAB.

Ağciyər absesi müxtəlif mikroblar tərəfindən ağciyər toxumasının nekrozlaşması və nekrozlaşmış toxuma qırıntıları və ya irinin toplandığı boşluqdur. Həm ağciyər absesi, həm də nekrotikləşən pnevmoniya oxşaq patoloji prosesin iki fərqli nəticəsidir.

Ağciyər absesləri kəskin (4-6 həftə) və xroniki (6 həftədən çox davam edən) abseslərə bölünür. Birincili abses sağlam xəstələrdə aspirasiya və ya pnevmoniyadan sonra baş verir və onun etiologiyası infeksion olur.

İkincili abses isə ağciyərdə mövcud olan patoloji proses (məs., bronxial obstruksiya), digər orqanlardan infeksiyanın ağciyərə yayılması, bronxiektaziyalar və/və ya xəstənin immun sisteminin pozulması səbəbindən inkişaf edir.

Ağciyər absesləri həm də patogenə əsasən klassifikasiya oluna bilər, məs, Stafillokokk absesi və ya anaerob və ya Aspergillus ağciyər absesi.

---------------- ---------------- ---------------- ---------------- ---------------- ---------------- 

---------------- ---------------- ---------------- ---------------- ---------------- ---------------- 

BİBLİOQRAFİYA.

  1. www.uptodate.az Ağciyər absesi: diaqnostika, müalicə və proqnoz