Mədə-bağırsaq cərrahiyyəsindən sonra baş verən fizioloji pozuntular: PankreatikoDuodenektomiya

Aşağıda verilmiş mədə-bağırsaq əməliyyatından sonra hansı fizioloji pozuntu baş verə bilər: 

PankreatikoDuodenektomiya əməliyyatından sonra: 

1. Vitamin C çatışmazlığı
2. Vernike ensefalopatiyası
3. Enterohepatik sirkulyasiyanın pozulması (
öd duzlarının) 
4. Qastrik Daxili Faktorun itirilməsi 
5. Dəmirin absorbsiyasının azalması
 


------------------- ------------------- ------------------- ------------------- -------------------

------------------- ------------------- ------------------- ------------------- -------------------

İZAHLI CAVAB.

Ümumiyyətlə, mədə-bağırsaq əməliyyatları qida maddələrinin absorbsiyasının spesifik və bəzən çox ciddi pozuntularına səbəb ola bilər. Xüsusilə də, mədə-bağırsaq sistemini təşkil edən orqanın rezeksiyası və ya şuntlaması qida maddələrinin sovrulmasını poza bilər.

Bu sualın cavabı - nə qədər də təəccüblü olsa da, Verniki Ensefalopatiyasıdır. Məsələ burasındadır ki, Vernike Ensefalopatiyas Vitamin B1-in çatışmazlığından yaranır. Vitamin B1 mədə-bağırsaqda sekresiya olunmur, Onun orqanizmə daxil olması yolu yalnız qida ilədir. İnsan orqanizmi vitamin B1 rezervinə malikdir, lakin bu rezerv cəmi 20 günə kifayət edir. Nəticədə Vitamin B1-i qida və ya dərman kimi qəbul etməyən xəstələrdə təxminən 20 gündən sonra - keyləşmə, gözlərin hərəkətlərinin pozulması və yerişin pozulması müşahidə edilir. Bu simptomların cəminə Vernike Ensefalopatiyas deyilir. Hamiya Vernike Ensefalopatiyas - alkoqolizmdən tanışdır. Belə ki, alkoqoliklərin qida qəbulu çox pis olduğundan və xüsusilə də, alkoqol qəbulu nəticəsində Vitamin B1-in bağırsaqdan absorbsiya pozulduğundan və alkoqolun bağırsaq örtüyünü zədələdiyi üçün - Vitamin B1-in çatışmazlığı ilə bağlı xəstəliklər müşahidə edilir. Ürək-damar sistemi pozuntular - yaş beri-beri, Sinir sistemi pozuntuları -quru beri-beri və nəhayət Verniki-Korsakoff ensefalopatiyası - serebral beri-beri.

Qastrik bypass keçirmiş xəstələrdə isə çox tez-tez qusma müşahidə edilir. Onların qida qəbulu və nəticədə vitaminlərin qidadan əldə edilməsi də pozulmuş olur. Lakin, davamlı qusma vitamin B1-in çatışmazlığına səbəb olur və həmin xəstələrdə Vernike-Korsakof və ya serebral beri-beri baş verir. Bu səbəbdən də, qastrik bypass keçirmiş butun xəstələr mütləq ömürlərinin sonunadək Vitamin B12 və multivitaminlər üstəgəl dəmir preparatları qəbul etməlidir.

Öd duzları qaraciyərdə hasil olunaraq öd yollarına sekresiya edilir. Öd ümumi öd axarı ilə duodenuma çatdırılır və duodenuma ifraz edilərək həzm prosesində iştirak edir. Terminal ileumda isə öd duzlarının artığı reabsorbsiya olunur və qaraciyərə qaytarılır. Terminal ileumun böyük hissəsi rezeksiya olunduqda, öd duzlarının absorbsiyası pozulmuş və itirilmiş olur. Bu isə diarreya və ya ishala səbəb olur.

Vitamin B12-nin absorbsiyası (sovrulması) Mədənin Daxili Faktoru vasitəsilə təmin edilir. Mədənin Daxili Faktoru mədənin antrumunda sekresiya olunur. Antrumektomiyada mədənin antrumu rezeksiya olunduğu üçün Vitamin B12-nin sovrulması pozulmuş olur. Bu isə meqaloblastik anemiyaya səbəb olur. Meqaloblastik anemiyanın müalicəsi isə vitamin B12-nin parenteral inyeksiya və ya dilaltı sovrulan tabletkalarla aparılır.

Dəmir isə duodenumda absorbsiya olunur. Pankreatikoduodenektomiya əməliyyatından sonra orqanizmin dəmiri absorbsiya etmə bacarığı azalmış olur və nəticədə dəmir defisitli anemiya inkişaf edir. Müalicə isə oral və ya İV dəmir preparatlarının qəbuludur.

Sinqa isə Vitamin C-nin çatışmazlığı səbəbindən yaranır. Vitamin C-nin çatışmazlığının heç bir spesifik mədə-bağırsaq əməliyyatı ilə əlaqəsi yoxdur.

--------------- --------------- --------------- --------------- --------------- --------------- ---------------

--------------- --------------- --------------- --------------- --------------- --------------- ---------------

BİBLİOQRAFİYA.

  1. Westergaard H: Bile Acid malabsorption. Curr Treat Options Gastroenterol 2007; 10:28-33
  2. Eusufzai S: Bile acid malabsorption: mechanisms and treatment. Dig Dis 1995; 13:312-321
  3. Beyan C, Beyan E, Kaptan K, Ifran A, et al: Post-gastrectomy anemia: evaluation of 72 cases with post-gastrectomy anemia. Hematology 2007; 12:81-84
  4. Tovey FI, Hobsley M: Post-gastrectomy patients need to be followed up for 20-30 years. World J Gastroenterol 2000; 6:45-48
  5. Armstrong T, Strommer L, Ruiz-Jasbon F, Shek FW, et al: Pancreaticoduodenectomy for peri-ampullary neoplasia leads to specific micronutrient deficiencies. Pancreatology 2007; 7:37-44
  6. Armstrong T, Walters E, Varshney S, Johnson CD: Deficiencies of micronutrients, altered bowel function, and quality of life during late follow-up after pancreaticoduodenectomy for malignancy. Pancreatology 2002; 2:528-534
  7. Aasheim ET: Wernicke encephalopathy after bariatric surgery: a systematic review. Ann Sur 2008; 248:714-720
  8. Nautiyal A, Singh S, Alaimo DJ: Wernicke encephalopathy—an emerging trend after bariatric surgery. Am J Med 2004; 117:804-805