Hipoqonadizm və Testosteronla müalicə

Xəstəlik tarixçəsi.

66 yaşlı kişi hipoqonadizmə görə təkrar müayinəyə gəlir. Onda, ilk dəfə hipoqonadizm diaqnozu 6 ay əvvəl qoyulmuş və həmin vaxtdan 2 həftədən bir 200 mq testosteron enantat inyeksiyası alıb. Bu dövrdə xəstə özündə libidonun və ümumi vəziyyətinin yaxşılaşmasını hiss edib. Xəstə hazırda heç bir başqa dərman qəbul etmir. 

Fiziki müayinədə həyati göstəricilər normadadır. Saqqalı normal çıxır. Xayaların hər birinin həcmi 12 ml (norma 18-25 ml). Rektal müayinədə düyünsüz bir qədər böyümük prostat vəzi  müəyyən edilir. Qalan Fiziki müayinənin nəticələri  normadadır. 

Laborator analizlərdə: müalicəyə başlamazdan 3 ay əvvəl Hct 39%, testosteronla müalicəyə başladıqdan 3 ay sonra Hct 40% və 6 ay sonra Hct 41%-dir. Testosteronun səviyyəsi 3 ay əvvəl 150 nq/dL, inyeksiyalara başladıqdan 3 ay sonra 300 nq/dL və 6 ay sonra 400 nq/dL. Prostat spesifik antigenin səviyyəsi müalicədən 3 ay əvvəl 0.5 nq/dL, müalicədən 3 ay sonra 2 nq/dL və 6 ay sonra 6 nq/dL-dir. 

Bu xəstənin müayinə və müalicəsində növbəti addım hansıdır? 

A. Testosteron enantatın inyeksiyalarını hər 3 həftədən bir aparmaq. 

B. Testosteron inyeksiyalarını dayandırmaq və prostatın biopsiyasını aparmaq. 

C. Testosteron enantatın inyeksiyalarını 2 həftə dayandırmaq və PSA səviyyəsini təkrar yoxlamaq. 

D. İnyeksion testosteronu topik testosteronla əvəzləmək



 İZAHLI CAVAB.

Cavab B. Testosteron inyeksiyalarını dayandırmaq və prostatın biopsiyasını aparmaq. 

Bu xəstədə testosteronun inyeksiyaları dayandırılmalı və xəstə prostatın biopsiyası üçün uroloqun müayinəsinə göndərilməlidir. Testosteronla əvəzləmə terapiyası aparıldıqda xəstələrin mütamadi müayinəsi və yan təsirlərin erkən müəyyən edilməsi tələb olunur. Testosteronla müalicə bəzən qanda hemoqlobinin konsentrasiyasına artırmaqla polisitemiyaya səbəb ola bilər və nəticədə yuxu apnoyesi sindromunu ağırlaşdıra bilər, habelə xəstədə gizli olan prostatın xərçəngi xəstəliyinin özünü biruzə verməsinə səbəb ola bilər. Aparılan çoxsaylı araşdırmalardan məlumdur ki, testosteron inyeksiyalarının prostat xərçənginə səbəb olmur. Lakin, məlumdur ki, androgen preparatlar mövcud olan lakin gizli qalan prostat xərçənginin inkişafına səbəb ola bilər. Buna görə də, hazırda prostatın xərçəngi olan xəstələrdə və ya anamnezdə prostat vəzinin xərçəngi olmuş xəstələrdə testosteron inyeksiyaları aparılmamalıdır.

Bu səbəbdən də, testosteron inyeksiyaları alan xəstələrdə mütamadi olaraq PSA prostat spesifik antigenin səviyyəsinin ölçülməsi tələb olunur. Hipoqonadizmi olan kişilərdə PSA-in səviyyəsi aşağı olur və testosteron inyeksiyaları başladıqdan sonra qanda PSA-nin səviyyəsi 2 dəfədən çox olmayaraq arta bilir və növbəti 6 ay ərzində stabilləşir. Lakin, testosteronla müalicə başladıqdan sonra PSA-nin səviyyəsinin 2 dəfədən çox artması və/və ya 6 aydan sonra səviyyəsinin artması, həmin xəstələrdə prostat xərçənginin olması şübhəsini artırmış olur. Buna görə də, xəstədə testosteronun inyeksiyaları dayandırılmalı və təcili uroloji müayinə aparılmalıdır.

Əgər uroloji müayinə və prostatın biopsiyası neqativdirsə. testosteronla əvəzləmə terapiyası davam etdirilə bilər. Lakin, əmin olmaq lazımdır ki, testosteronun qanda səviyyəsi 200-250 nq/dL arası olmalıdır. Buna görə də, əgər bu xəstədə testosteron inyeksiyalarının yenidən başlanması nəzərdən keçirilsə, testosteronun dozası ya azaldılmalıdır, ya da inyeksiyalar arası interval uzadılmalıdır.

Testosteron inyeksiyalarının dayandırılması və 2 həftə sonra PSA səviyyəsinin ölçülməsi adekvat tədbir deyil və xərçəng xəstəliyinin istisna edilməsi üçün kifayət deyildir.


BİBLİOQRAFİYA.

1. Prostatın xərçəngi www.uptodate.az