Hipofizin törəmələri

Xəstəlik tarixçəsi.

28 yaşlı gənc xanım 2 il davam edən sonsuzluq və 4 il davam edən amenorreya və qalaktoreya ilə bağlı həkim tərəfindən müayinə olunur. Onun başqa heç bir xəstəliyi yoxdur, heç bir dərman qəbul etmir və ailə üzvləri arasında hər hansı oxşar xəstəliklər qeydə alınmır. 

Fİziki müayinədə onun həyat göstəriciləri normal, lakin hər iki süd vəzinin müayinəsi ikitərəfli qalaktoreyanın olduğunu təsdiq edir. Laborator testlərin nəticələri əsasən normal olsa da. prolaktinin səviyyəsi 329 nq/mL-dir. 

MRT-də hipofiz vəzinin 1.4 sm-lik hiposıxlığı olan törəməsi aşkar edilir və makroadenoma nəzərdən keçirilir. 

Onun müalicəsi kaberqolinlə başlanır və prolaktinin səviyyəsi normal səviyyəyə qayıdır. Təkrar MRT-də törəmənin ölçüsünün bu dəfə 7 mm olduğu müəyyən edilir. 

1 həftə sonra xəstə zəng edərək hamilə olduğunu və 2-ci aylıqda olduğunu söyləyir. Xəstə kaberqolinin qəbulunu da dayandırır. 

Xəstəyə prolaktinomanın ağırlaşmaları ilə bağlı aşağıdakılardan hansı barəsində məsləhət verilməlidir? 

A. Dölün malformasiyası

B. Prolaktinomanın böyüməsi

C. Vaxtından əvvəl doğuş 

D. Şİxan sindromu

E. Ölü doğuş 

---------------- ---------------- ---------------- ---------------- ---------------- ---------------- ---------------- 
---------------- ---------------- ---------------- ---------------- ---------------- ---------------- ---------------- 
İZAHLI CAVAB. 
 
Cavab B. Prolaktinomanın böyüməsi.

Prolaktinoması olan xanımlarda hamiləlik baş verən kimi dofamin aqonistlərinin qəbulu dayandırılmalıdır. Dofamin aqonistlərinin yenidən qəbuli isə südlə əmizdirmə müddəti bitdikdən sonra bərpa olunmalıdır. Makroprolaktinoması olan xəstələrin 30%-də hamiləlik dövründə törəmənin böyüməsi müşahidə edilir. Əgər bu baş verərsə, xəstələrin müalicəsi aşağıdakılardan biri ilə aparıla bilər: dofamin aqonistlərinin qəbulunun bərpası, cərrahi müdaxilə və ya dölün sağ qalması mümkün olduqda isə doğuş.

Lakin, mikroadenoması olan xanımlarda isə hamiləlik dövründə prolaktinomanın böyüməsi cəmisi 3% hallarda müşahidə edilir.

Prolaktinomanın hamiləlik zamanı böyüməsinə səbəb isə həm dofamin aqonistlərinin qəbulunun dayandırılması, həm də hamiləlik zamanı estrogenin artmış təsiridir. 

Dofamin aqonisti (kaberqolin və ya bromokriptin) qəbul edərkən hamilə olan xanımlarda dölün malformasiyası, vaxtından əvvəl doğuş və ya ölü doğuş riski artmamış olur. Buna görə də, bu xəstədə həmin problemlər müşahidə edilməyəcək. 

Şihan sindromu isə doğuş zamanı baş verən qanaxma nəticəsində hipofizin infarktı səbəbindən postpartum hipopituitar vəziyyətin inkişafıdır. Bu sindrom çox nadirdir. 

---------------- ---------------- ---------------- ---------------- ---------------- ---------------- ---------------- 
---------------- ---------------- ---------------- ---------------- ---------------- ---------------- ---------------- 
BİBLİOQRAFİYA. 

1. Molitch ME. Pituitary disorders during pregnancy. Endocrinol Metab Clin North Am. 2006;35(1):99-116, vi. [PMID:16310644] - See PubMed