Qalxanabənzər vəzin düyünləri

Xəstəlik tarixçəsi. 

35 yaşlı xanım illik müayinə üçün həkimə gəlib. Xəstə özün yaxşı hiss edir və anamnezində, habelə ailə üzvlərində hər hansı bildiyi xəstəlik və ya şikayətlərin olmadığını qeyd edir. Heç bir dərman da qəbul etmir. Fiziki müayinədə həyati göstəricilər normadadır. Tiroid vəzinin palpasiyasında düyün müəyyən edilir, lakin fiziki müayinənin yerdə qalan hissəsi normaldır. Laborator testlərin nəticələri - TSH 1.3 mikroVahid/mL və sərbəst T4 - 1.3 nq/dL. Tiroid vəziyinin US müayinəsində tiroid vəzinin normal olduğu və sağ tərəfdə hipoexogen 2 sm ölçüdə düyün aşkar edilir. 

Növbəti ən optimal addım hansı olmalıdır?

A. Boyunun kontrastlı KT görüntüləməsi

B. Texnesiumla tiroid vəzin skanlaması

C. Düyünün incə iynə biopsiyası

D. Anti-TPO və Anti-tiroqlobulin anticismlərinin təyini

E. Levotiroksinlə supressiv terapiyanın başlanması 

----------------- ----------------- ----------------- ----------------- ----------------- 

----------------- ----------------- ----------------- ----------------- ----------------- 

İZAHLI CAVAB.

Cavab C. Düyünün incə iynə biopsiyası

Bu xəstənin müayinəsində növəti addın düyünün incə iynə biopsiyasıdır. Tiroid vəzinin düyünlərinin aşkarlanması məqsədilə US müayinəsi ilə skrininqin keçirilməsi ümumiyyətlə tövsiyə edilmir. Lakin, tiroid vəzinin ümumi anatomik patologiyalarının müayinəsində US istifadə edilə bilər. US müayinəsi düyünlərin təyin edilməsində (palpasiya olunan və ya daha kiçik ölçüdə olanların), və düyünün xüsusiyyətlərinin (exogenlik, vaskularizasiyası, kalsifikasiyaların mövcudluğu) müəyyən edilməsində mühüm rola malikdir. Eutiroid (hormonal statusu normal olan) xəstələrdə olan tiroid düyünlərinin müayinəsi incə iynə biopsiyası ilə aparılır. İncə iynə biopsiyasının xərçəng xəstəliyinin müəyyən edilməsində spesifikliyi və həssaslığı xeyli yüksəkdir.

Düyünlərin tərkibində bədxassəli prosesin olması mümkündür. Anti-TPO və anti-tiroqlobulin anticismlərin təyini bu xəstədə müalicə və müayinə prosesinə təsir etməmiş olacaq. Hətta xəstədə autoimmun proses olarsa belə, düyün tərkibində xərçəngin olması istisna edilə bilməz.

 

Tiroid vəzlərinin müayinəsində US müayinəsi KT-dən üstün hesab edilir. Lakin, zobu olan və döş sümüyü arxasına yayılmasına şübhənin olduğu hallarda KT görüntüləməsinin aparılması tələb oluna bilər. Xəstədə isə zob müəyyən edilmir. Tiroid vəzin düyünü US müayinəsində göründüyü üçün əlavə görüntüləməyə ehtiyac yoxdur.

Tiroid vəzin texnesium skanlamasının aparılmasının əhəmiyyəti çox azdır. Belə ki, burada əsas məqsəd bədxassəli törəmənin olmasını istisna etməkdir. Və nəzərə almaq lazımdır ki, həm bədxassəli, həm xoşxassəli düyünlər Tiroid Vəzinin Skanlamasında "soyuq" düyünlər və ya hipofunksional düyünlər kimi müşahidə edilir. Lakin. xəstədə TSH səviyyəsi supressiya olunmuş olsaydı, bu zamanda tiroid skanlaması aparıla və düyünün "isti" olduğu müəyyən edilə və beləliklə biopsiyaya ehtiyacın olmadığı təyin edilə bilərdi. Hiperfunksional düyünlər çox nadir hallarda bədxassəli olur.

Tiroid vəzinin xoşxassəli düyünlərinin müalicəsində TSH səviyyəsinin levotiroksinlə supressiyasının aparılması artıq uzun müddətdir tövsiyə edilmir. Araşdırmalar göstərmişdir ki, levotiroksinlə supressiv terapiyaya düyünün həcmini balacalaşdırmır və əksinə həmin xəstələrdə yatrogen tireotoksikoz riski artmış olur. Hazırda tiroid supressiv terapiyası yalnız xərçəng xəstəliyi diaqnozu qoyulmuş xəstələrdə istifadə edilir.

 

----------------- ----------------- ----------------- ----------------- ----------------- 

----------------- ----------------- ----------------- ----------------- ----------------- 

BİBLİOQRAFİYA. 

1. www.uptodate.az Qalxanabənzər vəzin düyünləri