Xəstəlik tarixçəsi.
70 yaşlı xəstə yaxınlarda baş vermiş huşun itirilməsi epizodundan sonra həkim tərəfindən müayinə olunur. Xəstə qeyd edir ki, huşunu itirməzdən öncə qeyri-adi hissiyat keçirmişdir. Epizod baş verən zamanı yanında olan həyat yoldaşı qeyd edir ki, xəstə yerə yıxıldıqda bədəni bərkimiş və sonra titrəməyə başlamışdır. Sonra isə gözləri arxaya çevrilmiş, xəstə 1 dəqiqə huşsuz olmuşdur. Sonra isə xəstədə sidiyin saxlaya bilməməsi, özünə gələndən 2-3 dəqiqə sonra isə keyləşmə, nitq pozğunluğu, dediyi cümlələrin anlaşılmazlığı müşahidə edilmişdir. Xəstədə oxşar epizod ilk dəfə 2 ay əvvəl baş vermiş və EKQ, stress-EKQ və ambulator qaydada davamlı hadisə qeydiyyatı aparan EKQ-də qeyri-normal əlamətlər tapılmamışdır. Xəstə heç bir dərman qəbul etmir.
Fiziki və nevroloji müayinənin nəticələri normaldır. Beyinin MRT-i və EEQ oyaq və yatmış vəziyyətlərdə - normaldır. Bu xəstənin diaqnozu nədir?
A. Ürəyin aritmiyası
B. Böyük tutmaya keçən kiçik tutma və ya generalizasiya olunmuş kiçik tuma
C. Beyin qan dövranın keçib gedən pozuntusu (tranzitor işemik həmlə)
D. Vazovaqal bayılma/sinkop
--------- --------- --------- --------- --------- --------- --------- ---------
--------- --------- --------- --------- --------- --------- --------- ---------
İZAHLI CAVAB.
Cavab B. Böyük tutmaya keçən kiçik tutma və ya generalizasiya olunmuş kiçik tuma
Bu xəstənin anamnez morbisi və şahidlər tərəfindən verilən məlumatları nəzərdən keçirirək qeyd etmək olar ki, xəstə generalizasiya olunmuş kiçik tutma keçirmişdir. Kiçik tutmalar huşun pozulması və ya pozulmaması ilə başlayıb generalizasiya olunmuş tonus-klonus aktivliyinə keçir və daha çox sensor, motor, vegetativ və ya psixi (deja vu, depersonalizasiya) fenomenlərlə xarakterizə olunur. Qıcolmaların düzgün təsnifatı daha çox xəstənin anamnez morbisinə əsaslanır. Diaqnostik testlərin nəticələri isə daha çox təsdiqləyici funksiyaya malikdir.
Ümumiyyətlə, huşun itirilməsi ilə yanaşı sidiyin saxlaya bilməməsi, bədənin qıc olması və 1-2 dəqiqə ərzində titrəməsi müşahidə edilən xəstələrdə tutmaların baş verməsi nəzərdən keçirilməlidir. Klinikadan irəli gələrək epilepsiyanın baş verməsi ehtimalı yüksək olduqda, MRT və/və ya EEQ-də normal tapıntılar belə diaqnozu inkar etmir. MRT epilepsiyası olan xəstələrin cəmisi 10-20%-də epileptogen ocağı təyin edə bilir. Epilepsiyası olan xəstələrin 25-50%-də isə EEQ-də epileptiform dəyişikliklər aşkar edilir.
Bayılma hallarının 1/3 hissəsi adətən refleksogen və ya neyrokardiogen olur. Ürək aritmiyaları isə yalnız 15% hallarda bayılma (sinkop) epizodlarına səbəb olur və daha çox ürəyin anadangəlmə və ya qazanılmış patologiyaları olan xəstələrdə müşahidə edilir. Neyrokardiogen bayılma qəfl baş verir və xəstələr adətən ürək döyüntülərinin sürətlənməsini hiss edir. Neyrokardiogen bayılma xəstənin istənilən pozisiyada olduğu zaman baş verə bilər. Lakin, bu xəstədə əvvəl aparılmaış ürəyin müayinəsində heç bir pozuntu aşkar edilməmişdir. Həmçinin sidiyin saxlaya bilməməsi əsasən qıcolmalarda müşahidə edilir. Xəstədə nitqin pozulması və keyləşmə müddətinin uzun davam etməsi də ürək aritmiyaları səbəbindən baş verən sinkop/bayılmaya xas deyildir. Bu xəstədə təsvir edilmiş aura daha çox qıcolmalarla bağlı olur. Lakin, bəzi hallarda ürək aritmiyası və ya neyrokardiogen bayılma nəticəsində beyinin perfuziyasının pozulması səbəbindən xəstələrdə auraya bənzər simptomlar müşahidə edilə bilər.
Xəstənin simptomları Tranzitor İşemik Həmlə və ya beyin qan dövranın keçib gedən pozuntusunu istisna etmiş olur.
Vazovaqal bayılma/sinkop qəfl vazodilatasiya və bradikardiyaya görə baş verən hipotenziya səbəbindən beyinin hipoperfuziyası nəticəsində inkişaf edir. Vazovaqal bayılma neyrokardiogen bayılmanın əsas səbəblərindən biridir. Ağrı, emosional stress, öskürək, sidiyə getmə və ya defekasiya zamanı baş verən bayılma vazovaqal səbəbdən bayılmanın baş verməsini təsdiq etmiş olur. Vazovaqal sinkop çox zaman baş gicəllənməsi, ürək bulanması və diaforezlə müşaiyət olunur. Vazovaqal sinkopda beyinin hipoperfuziyası səbəbindən bədənin generalizasiya olunmuş rigidliyi (qıcolma) və bir neçə saniyə davam edən titrəməsi də müşahidə edilə bilər. Lakin vazovaqal sinkopda aura olmur, huşun itirilməsi uzun müddət davam etmir, postiktal və ya tutmadan sonra keyləşmə və sidiyin saxlaya bilməməsi müşahidə edilmir. Buna görə də, bu xəstədə sinkop və ya bayılmanın baş verməsi ehtimalı azdır.
--------- --------- --------- --------- --------- --------- --------- --------- --------- ---------
--------- --------- --------- --------- --------- --------- --------- --------- --------- ---------
BİBLİOQRAFİYA.
1. www.uptodate.az Neyrokardioqen bayılma (sinkop)
2. www.uptodate.az Epilepsiya: böyüklərdə müalicəsinin əsasları