Astmanın kəskinləşməsinin müalicəsi strategiyası

Xəstəlik tarixçəsi.

28 yaşlı cavan kişi xəstə yuxarı tənəffüs yollarının infeksiyası ilə yanaşı başlanan və artıq 2 gündür davam edən təngənəfəslik (lat. dyspnea) və fitverici tənəffüs səbəbindən təcili tibbi yardım xəstəxanasına gətirilib. Xəstənin anamnezində astma var və o inhalyasiya yolu ilə mometazon və albuteroldan istifadə edin.

Təcili tibbi yardım xəstəxanasında xəstənin müayinəsi onun həyacanlı olduğunu və əlavə tənəffüs əzələlərindən istifadə etdiyini müəyyən edir. Xəstə tam cümlələrlə danışa bilmir. Oksigenin saturasiyası 90%-dir (otaq havasında). Tənəffüs səsləri hər iki tərəfdə azalmış və ekspirator xırıltılar eşidilir. Xəstəyə albuterol nebulizə olunmuş formada verilir və əlavə tənəffüs əzələlərinin istifadəsi azalmış olur. Yataqda olarkən aparılan spirometriyada FEV1 proqnozlaşdırılandan cəmisi 35%-dir. Xəstəyə albuterol əlavə olaraq 2 dəfə də verilir.

Müalicə tədbirlərindən sonra xəstənin halı xeyli yaxşılaşmış olur və o əlavə tənəffüs əzələlərindən daha az istifadə edir. Hazırda xəstə tam cümlələrlə sərbəst danışa bilir. Həyati göstəricilər normadadır. SaO2 98% (2L nazal kanula ilə O2 verilməklə). Tənəffüs səsləri bu dəfə daha yaxşı eşidilir və auskultasiyada fitverici küyün daha da artması müəyyən edilir. Spirometriya təkrar aparılır və FEV1 proqnozlaşdırılandan 50% təşkil edir bu dəfə.

Bu xəstənin müayinə və müalicəsində növbəti addım hansı olmalıdır?

A. Xəstəni ümumi tibbi palataya qəbul etmək

B. Xəstənin evə yazmaq və dərmanları qəbul etməsini tövsiyə etmək

C. Xəstəni intubasiya etmək və reanimasiyaya qəbul etməkl

D. Xəstəni müşahidə üçün reanimasiyaya qəbul etmək

 



 

İZAHLI CAVAB. 
Cavab A. A. Xəstəni ümumi tibbi palataya qəbul etmək

Bu xəstədə astmanın ağır dərəcəli kəskinləşməsi müşahidə edilir. Tənəffüs səslərinin zəif eşidilməsi, əlavə yardımçı əzələlərin istifadəsi, sternokleydomastoid və ya suprasternal əzələlərin retraksiyası, tam cümlələrlə danışa bilməmək və 15 mm c.s.-dan çox paradoksal nəbz tənəffüs yollarının ağır dərəcəli obstruksiyası ilə əlaqədardır. Düzdür, yuxarıdakı simptomların olmaması kəskin ağırlaşmanı istisna etmir.

İlkin fiziki müayinə və kliniki tapıntılar astmanın kəskinləşməsindən əziyyət çəkən xəstənin kliniki gedişatını proqnozlaşdırmağa imkan vermir. Lakin, bronxodilyatatorların tətbiqi nəticəsində müşahidə edilən kliniki yaxşılaşma xəstənin kliniki gedişatını proqnozlaşdırmağa yardım edir.

Bu xəstəyə verilən bronxodilyatatorlar nəticəsində onun tənəffüsü yaxşılaşmış, tam cümlələrlə danışma qabiliyyəti bərpa edilmiş və əlavə yardımçı tənəffüs əzələlərinin istifadəsi azalmışdır. Auskultasiyada və ya çox zaman hətta uzaqdan belə xəstənin nəfəsalması zamanı fit səsinin eşidilməsi həm astmanın kəskinləşməsi zamanı, həm də tənəffüs yollarının obstruksiyasının aradan qaldırılmasının ilkin mərhələlərində eşidilir. Buna səbəb isə havanın daralmış tənəffüs yolları ilə sürətlə xaric edilməsidir.

Aşağıdakı simptom və əlamətləri olan xəstələrin reanimasiya şöbəsində qəbul edilməsi tövsiyə olunur:

  • simptomatik olan və
  • pCO2 >42 mm c.s. və ya
  • bronxodilyatatorların aqressiv istifadəsinə baxmayaraq ağciyər funksiyasının ağır dərəcəli depressiyası müşahidə edildikdə (FEV1 və ya nəfəsvermənin pik sürətinin proqnozlaşdırılandan <40% aşağı olması).
Bu xəstə həmin meyarlara uyğun gəlmir, habelə onun intubasiyası və mexaniki ventilyasiyasına da ehtiyac duyulmur.
Lakin, xəstənin tibbi palataya qəbul edilməsi tövsiyə edilir, belə ki, onun FEV1-in yaxşılaşmasınadək müşahidə edilməsi daha məqsədə uyğundur.


BİBLİOQRAFİYA.

  1. Bronxial astma üzrə Kliniki tövsiyələr. İSİM, 2008.
  2. Astmanın yeniyetmələr və böyüklərdə diaqnostikası. www.uptodate.az;
  3. PULMONOLOGİYA-REANİMASİYA: Astmanın kəskinləşməsinin müalicəsi strategiyası. www.uptodate.az Rezident: Biliyin qiymətləndirilməsi.

 



Arayış (İSİM tərəfindən hazırlanmış Kliniki protokoldan çıxarış, 2008).

Spirometriya – tənəffüs yollarından havanın keçməsinə yaranan məhdudiyyətin (tənəffüs yollarının obstruksiyasının) səviyyəsini, geriyə dönmə dərəcəsini, dəyişkənliyini ölçmək, həmçinin xəstəliyin gedişinin ağırlığını qiymətləndirmək üçün istifadə edilən metoddur. Əgər bronxodilyatorların təyinindən sonra GNH12% və ya daha çox (yaxud > 200 ml) artırsa, bu, bronxial obstruksiyanın geriyə dönməsinin göstəricisidir və BA diaqnozunun təsdiq edilməsində yardıı ola bilər. Lakin astmalı pasiyentlərin əksəriyyətində hər ölçmə zamanı bronxial obstruksiyanın geriyə dönməsi aşkar edilmir, ona görə də təkrar müayinələrin aparılması tövsiyə olunur. GNHuşaqlarda beş yaşından sonra təyin olunur və GNH1-nin AcHT-ə nisbəti 80%-dən artıq olmalıdır (90%-dən artıq olması da mümkündür). Bu səviyyədən aşağı olan qiymətlər bronxial obstruksiyanın göstəricisi hesab edilə bilər.

Norma göstəriciləri:

Parametrlər

Norma göstəriciləri, % gözlənilən nəticədən

FEV1 (GNH1)

80-120

FVC (AcHT)

80-120

FEV1/FVC

> 0.70 gözlənilən nəticədən

FEF 25-75

> 0.65 gözləniləndən və ya FEF25-75/FVC > 0.66

TLC

80-120

FRC

75-120

RV

75-120

DLCO

75-120

 

Abreviaturalar:

  • GNH(FEV1) - 1 saniyədə güclü nəfəsvermənin həcmi,
  • AcHT (FVC) - ağciyərlərin həyat tutumu (güclü nəfəsvermənin tam həcmi).