Xəstəlik tarixçəsi.
35 yaşlı qadın evdə müsbət hamiləlik testindən sonra həkim müayinəsinə gəlib. Onun anamnezində idiopatik ağciyər emboliyası (yəni heç bir təhrik edici faktor olmadan baş vermiş) qeyd edilir. Qəbul etdiyi yeganə preparat gündəlik vitaminlərdir. Fiziki müayinədə temperatur 36.2C, AT 110/65 mm c.s., nəbzi dəqiqədə 70 və tənəffüs tezliyi dəqiqədə 20-dir. BKİ isə 25 kq/kv.m.
Xəstəxanada aparılmış hamiləlik testi də müsbətdir. Bu xanimda venoz tromboembolizmin profilaktikası üçün ən müvafiq metod hansıdır?
A. Antepartum aşağı molekul çəkili heparin və aspirin
B. Anterpartum və postpartum aşağı molekul çəkili heparin
C. Anterpartum və postpartum varfarin
D. Heç bir farmakoloji profilaktikaya ehtiyac yoxdur.
İZAHLI CAVAB.
Cavab B. Anterpartum və postpartum aşağı molekul çəkili heparin
Bu xəstədə tromboemboliyanın profilaktikası anterpartum və postpartum heparinlə aparılmalıdır, profilaktik dozada.
Anamnezdə idiopatik yəni heç bir şeylə təhrik edilməmiş venoz tromboembolizmi olan xəstələrdə təkrar venoz tromboemboliya hadisələrinin baş verməsi riski müvafiq səbəbələrə görə baş vermiş venoz tromboemboliyası olan xəstələrlə müqayisədə 4 dəfə çox olur. Hazırda tövsiyə edilir ki, idiopatik (heç bir təhrikedici faktor olmadıqda baş vermiş) venoz tromboemboliyası olan xəstələrdə hamiləlik zamanı və doğuşdan sonra 6 həftə ərzində təkrar tromboemboliyaların önlənməsi profilaktik və ya orta dozalı aşağı molekul çəkili heparinlə (enoksaparin) aparılsın.
Aspirin və aşağı və ya orta dozada aşağı molekul çəkili heparinlə və ya fraksiyalaşdırılmamış heparinlə venoz tromboemboliyanın profilaktikası antifosfolipid sindromu olan və ya təkrar döl itkisi (uşaq salma) olan qadınlarda aparılır. Bu xəstədə antifosfolipid sindrom və ya uşaq salınma tarixçəsi yoxdur. Buna görə də, onun heparin və aspirinlə müalicəsində ehtiyac yoxdur.
Varfarin hamiləliyin 1-ci trimestrində istifadə edilməməlidir, çünki onun istifadəsi embrionopatiyalara səbəb ola bilir. Bununla yanaşı varfarin hətta hamiləliyin 2-ci və 3-cü trimestrində də as hallarda istifadə edilir.
Bu xəstədə venoz tromboemboliyanın profilaktikasının aparılmaması düzgün seçim deyildir, çünki onda VTE riski yüksəkdir.
BİBLİOQRAFİYA.
1. http://www.rcog.org.uk/files/rcog-corp/GTG37aReducingRiskThrombosis.pdf Thromboprophylaxis During Pregnancy, Labour and after Vaginal Delivery. Royal College of Obstetricians and Gynecologists.
2. http://www.health.qld.gov.au/qcg/documents/g_vte5-1.pdf Queensland Maternity and Neonatal Clinical Guideline: Venous thromboembolism (VTE) prophylaxis in pregnancy and the puerperium