Xəstəlik tarixçəsi.
76 yaşlı qadın xəstə təcili tibbi yardım həkimi tərəfindən ba gicəllənmə, təngənəfəslik və ürək döyüntüləri şikayətlərinə görə müayinə olunur. Həmin simptomlar 1 saat öncə başlamışdır. Xəstə uzun illərdir ki, hipertoniyadan və atım fraksiyası normal olan ürək çatışmazlığından əziyyət çəkir. Xəstə evə hidroxlortiazid, lizinopril və aspirin qəbul edir.
Fiziki müayinədə xəstə afebrildir, AT 80/40 mm c.s., nəbzi dəqiqədə 155 və tənəffüs tezliyi dəqiqədə 30-dur. Oksigen saturasiyası isə venturi maskasi ilə verilən 40%-li O2 baxmayaraq cəmisi 80%-dır. Ürəkyin auskultasiyasına qeyri-requlyar ritm, taxikardiya və S1 tonun intensivliyinin dəyişkənliyi müəyyən edilir. Ağciyərlərin auskultasiyasında isə aşağı paylarda xırıltılar eşidilir.
EKQ-də atrial fibrilyasiya və mədəciklərin sürətli vurması müəyyən edilir.
Bu xəstənin kəskin müalicəsi nədən ibarət olmalıdır?
A. Adenozin
B: Amiodaron
C: Kardioversiya
D: Diltiazem
E: Metoprolol
İZAHLI CAVAB.
Düzgün cavab C. Kardioversiya.
Atrial fibrilyasiyası olan yuxarıdakı xəstənin hemodinamikası qeyri-stabildir və təxirəsalınmaz kardioversiyaya ehtiyacı var. Xəstədə sürətli atrial fibrilyasiya fonunda artıq hipotenziya və ağciyər ödemi də inkişaf etmişdir. Adətən hipertoniya xəstəliyi səbəbindən sol mədəciyin sistolik funksiyasının normal olması ilə müşahidə edilən ürək çatışmazlığı hallarında atrial fibrilyasiya zamanı qulaqcıqların effektiv yığılmasının itirilməsi nəticəsində mədəciklərin qanla dolması kəskin pozulmuş olur. Bu isə yuxarıda təsvir edilən simptomlara gətirib çıxarır.
Həmin xəstənin müalicəsi üçün kardioversiya ilə ritmin normal sinus ritminə qaytarılması tələb olunur. Nəzərə almaq lazımdır ki, əvvəldən antikoaqulyasiya olunmayan və atrial fibrilyasiya nəticəsində hemodinamikası qeyri-stabil xəstələrdə təxirəsalınmaz kardioversiya zamanı tromboemboliya riski yüksək olur. Lakin, bu xəstədə həyata təhlükə törədən hal olduğu üçün hətta antikoaqulyasiya aparılmadan belə kardioversiyanın aparılması mütləq tələb olunur. Bununla yanaşı qeyd edək ki, xəstənin vəziyyəti 1 saatdır ki, pisləşib və təsvir edilən simptomlar 1 saatdır ki, inkişaf edib. Lakin buna baxmayaraq ki, bu atrial fibrilyasiyanın kəskin və ya xroniki olmasını təsdiq etmir. Yadda saxlamaq lazımdır ki, 48 saatdan az müddətdə inkişaf edən atrial fibrilyasiya səbəbindən kardioversiyanın aparılması nəticəsində tromboemboliya riski çox aşağı olur.
Adenozin supraventrikulyar taxikardiyaların diaqnostikası üçün çox faydalıdır və həmçinin atrioventrikulyar nodal taxikardiyaların, o cümlədən, atrioventrikulyar nodal-reentrant taxikardiyaların, müalicəsində geniş istifadə edilir. Lakin, adenozin atrial fibrilyasiyalarda istifadə edilmir.
Amiodaron atrial fibrilyasiyanın normal sinur ritminə çevrilməsində, habelə ürəyin vurma tezliyinin kontrol edilməsində geniş istifadə edilir. Lakin, amiodaronun təsiri bir neçə saatdan sonra müşahidə edilir. Bu xəstədə isə sinus ritminin təcili sürətdə bərpa olunması tələb olunur. Oral amiodaron isə həmin xəstədə gələcəkdə atrial fibrilyasiyanın uzun müddətli profilaktikası üçün istifadə edilə bilər.
Metoprolol və ya diltiazem ürəyin vurma tezliyini azalda bilər. Lakin həmin xəstənin hipotenziv olduğunu nəzərə alaraq, həmin preparatların istifadəsi yolverilməzdir. Bununla yanaşı həmin xəstədə ürək çatışmazlığının ağırlaşması müşahidə edlir və beta blokatorlarla kalsium kanallarının blokatorları ağciyər ödemini daha da ağırlşadıra bilər.